İlk finalçı müəyyənləşdi
12.12.2012 - 16:40
İlk finalçı müəyyənləşdi
Yaponiyada keçirilən klublararası dünya çempionatında daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Braziliyanın “Korintians” və Misirin “Əl Əhli” klubları arasında oyunla yarımfinal mərhələsinə start verilib.

Qarşılaşmanın taleyini cəmi 1 qol həll edib. 30-cu dəqiqədə fərqlənən Gerrero cənubi amerikalılara qələbə qazandırıb. Bununla da “Korintians” mundialın ilk finalçısı olub.

Qeyd edək ki, digər finalçının adı sabah baş tutacaq 2-ci yarımfinal oyunlarında aydınlıq gələcək. Braziliyalıların rəqibi İngiltərə “Çelsi”si ilə Meksika “Monterrey”i arasındakı matçda məlum olacaq.