Ruslan Abışov: Ötən qış xaricdə oynaya bilmədim, amma bu qış...
12.12.2012 - 16:52
Ruslan Abışov: Ötən qış xaricdə oynaya bilmədim, amma bu qış...
“Ötən mövsümün qışında mənim “Neftçi” ilə müqaviləm vardı. Müqaviləm ola-ola mən özbaşına hər hansı bir klubun təklifini qəbul edə bilməzdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Abışov deyib.

“Ərciyəsspor”un baş məşqçisi Osman Özköylü saytımıza verdiyi müsahibəsində “Dənizlispor”da işlədiyi vaxt Ruslan Abışova dəvət göndərdiklərini, ancaq futbolçunun özü ilə maliyyə məsələsində anlaşa bilmədiklərini söyləmişdi.

Ruslan da ötən qış tək bu klubdan təklif almadığını bildirdi. Abışov qışda xarici klublardan birində oynayacağına da işarə vurdu: “Mən danışanda hamı o dəqiqə fikirləşir ki, özümü reklam edirəm. Ancaq ötən mövsümün qışında nəinki “Dənizlispor”dan, Türkiyənin başqa klublarından da təklif almışdım. Ancaq “Neftçi” ilə müqaviləm olduğu üçün o vaxt bu təkliflərə ciddi yanaşmadım. Ən əsası bilirdim ki, baş məşqçimiz mənim Türkiyənin I dəstə klublarında çıxış etməyimi istəmədiyindən məni buraxmaz. Superliqa klubu olsaydı, bəlkə razılıq verərdilər... İndi bütün fikrim “Xəzər Lənkəran”ın “Neftçi” və “Qarabağ”la oyunlarındadır. İnşallah, bu oyunlar başa çatsın... Harda oynayacağımı zaman göstərəcək”.

Səbuhi TOFİQOĞLU