“Rəvan” qapıçı problemini həll edir
12.12.2012 - 17:48
“Rəvan” qapıçı problemini həll edir
“Əvəzedicilərin heyətində çıxış edən qapıçılardan ikisi əsas komanda ilə məşq edir. Bundan başqa, zədəli olan polşalı qapıçımız Lukaş Sapela da artıq sıraya dönmək üzrədir”. Bu sözləri apasport.az saytına açıqlamasında klubun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

O, Topaz Premyer Liqasının ötən turunda “Neftçi”nin qonağı olan “Rəvan” məğlubiyyətdən sonra cəzalandırılaraq əvəzedici heyətə göndərilən qapıçı Davud Kəriminin yoxluğunda bu problemin necə həll olunacağını açıqlayıb: “Hazırda məşqçilər korpusu növbəti oyunda kimə şans verəcəkləri üzərində işləyirlər. Lukaş da qapıda dayana biləcək gücdədir. Davud Kərimini isə cəzalandırmışıq. O, əvəzedici komandaya göndərilib. Buna səbəb onun “Neftçi” ilə oyunda buraxdığı kobud, eləcə də nümayiş etdirdiyi oyun oldu”.