“Hakimlərin “Neftçi”yə simpatiyası hiss olunur”
12.12.2012 - 17:53
“Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- Qarşıdan “Böyük oyun” gəlir. İlk oyunda “Neftçi”yə uduzmuşduz. Budəfəki matçda iştirak etməsiz də, fikirlərinizi bilmək maraqlı olardı...
- Əvvəla onu deyim ki, bu matçda iştirak edə bilməyəcəm deyə çox üzülürəm. Oyuna gəlincə, bu görüşün hazırlıqları doğma stadionumuzda davam edir. Məşqlər yüksək səviyyədə gedir. Ancaq oyun zamanı da qələbə qazanıb yaxşı hazırlıq keçdiyimizi sübut etməliyik.
- Bu matçda cəza səbəbindən çıxış etməyəcəksiz. Deyilənə görə, komandanın oyununa kənardan baxmaq meydanda olmaqdan çətindir...
- Meydanda yer almasam da, stadionda olacam. Komandama dəstəyi tribunadan verəcəm. Məncə, asan oyun olmayacaq. “Neftçi” də güclü komandadır. Düşünürəm ki, derbiyə layiq bir oyun olacaq.
- “Neftçi” forması və ya “Xəzər Lənkəran” forması ilə “Böyük oyun”a çıxmaq arasında hər hansı bir fərq var? Yəni hər ikisində də eyni hisslər yaşanır, yoxsa hər şey fərqli cür gözdə görünür?
- Yox, elə bir fərqlilik yoxdur. Ancaq deyərdim ki, Lənkərandakı əhali daha çox bu oyunla yaşayır. Bakıda da “Neftçi”nin fanatları olur. Ancaq Lənkəranda bir komanda olduğu üçün bütün camaat oyunlara xüsusi maraq göstərir, o da ola “Neftçi” ilə matçlara. Bu şəhərdə “Böyük oyun”a maraq Bakıdakına nisbətən həmişə böyük olur.
- Ötən tur cəza üzündən Adrian Skarlatake oynamadısa, bu dəfə müdafiənin mərkəzində siz olmayacaqsız. Deyilənə görə, ötən tur qəsdən qırmızı vərəqə almısız ki, sabiq komandanıza qarşı oynamayasız...
- Birincisi, bu sözü deyən adamların savadına mənim şübhəm var. Mən “Xəzər Lənkəran”a böyük ümidlərlə keçmişəm. Deməli, qəsdən bu komandanı pis vəziyyətdə qoya bilməzdim. “Neftçi” ilə oyunu da səbirsizliklə gözləyirdim. Ancaq olmadı. Bəxtsizlikdən qırmızı vərəqə aldım...
- Yeri gəlmişkən, hakimin verdiyi həmin vərəqəni haqlı sayırsız?
- Məncə, orda sarı vərəqə ilə də kifayətlənmək olardı. Çünki bundan əvvəl başqa oyunlarda buna bənzər epizodlarda hakimlərin “sarı” verdiyini görmüşdüm... Eybi yoxdur, artıq hər şey keçmişdə qalıb. İndi danışmağın heç bir mənası yoxdur.
- Yəqin ki, “Neftçi”də oynadığınız vaxtda bu sözləri deyə bilməzdiz. Ancaq indi başqa bir klubda çıxış edirsiz. Kənarda çıxış edən bir futbolçu kimi “Neftçi”yə qarşı hakim simpatiyasını müşahidə edirsizmi?
- Açığı, bu haqda danışmağı xoşlamıram. Ancaq “Neftçi”yə simpatiya hiss olunur. Bunu da təbii qarşılayıram. Çünki onlar bu mövsüm Avroliqanın qrup mərhələsində çıxış edib. Bu üzdən hakimlərin də bu komandaya simpatiyası var. Başqa bu haqda heç nə demək istəmirəm.
- Qeyri-sabit çıxışınızı nə ilə əlaqələndirərdiz? Yəqin ki meydanda olan birisi kimi bunu məndən daha çox siz bilərsiz...
- Oyunları analiz etsək, biz görərik ki, heç də pis çıxış etməmişik. Sadəcə olaraq qapımızdan bəxtsiz qollar buraxmışıq. Rəqib komandaların qapımıza vurduğu 1-2 zərbə heç nədən qol olub. Əslində isə biz normal futbol nümayiş etdirmişik. Qeyd etdiyim kimi, əksər oyunlarda bəxtimiz gətirməyib.
- Yeni məşqçinizlə sizi komandaya götürən Yünis Hüseynov arasındakı məşqlərdə, eləcə də insani keyfiyyətlərdə fərqlilik varmı?
- Hər bir məşqçinin futbola baxış tərzi fərqli olur. Karyeramda çox məşqçilərlə işləmişəm. Düşünürəm ki, bu haqda artıq-əksik danışmağın mənası yoxdur. Karles Martorell enerjili, gənc, futbolçulara məşqdə hər şeyi başa salan, emosional bir məşqçidir. Futbolçu ilə məşqçi arasında səmimi ünsiyyət olmalıdır. Yeni məşqçimizdə də bu keyfiyyətlər var. İnanıram ki, bu çalışdırıcı özünü qarşıdakı oyunlardakı nəticələrdə də doğruldacaq.
- İlin sonunda AFFA “ilin futbolçusu”nu müəyyənləşdirəcək. Statistik göstəricilərə görə, qalib olmağa namizədlərdən biri də sizsiz...
- İl ərzində millidə ən çox oyun keçirən futbolçu mənəm. Düzdür, oyunlarımızın çoxunu səfərdə keçirdik. Ancaq pis nəticələrimiz olmadı. İsrail yığmasına qol vurdum. Məndən olsa, futbolçularımızı fərqləndirməzdim. Hamıya bu mükafatdan verərdim. Ancaq kim ki, mənə səs veribsə və ya verəcəksə, ona təşəkkürümü bildirirəm. İnanıram ki, bu mükafat mənə qarşıdakı millinin oyunlarında əlavə stimul verəcək və özüməinamımı artıracaq.
- Bəs seçilməsəz, kimin “ən yaxşı” olmasını istəyərsiz? Ancaq bir futbolçunun adını çəkin...
- Mən Kamran Ağayevin adını çəkərdim.
Səbuhi TOFİQOĞLU

0
0