Azərbaycan klubları üçün “Yeryomenko kuboku”
12.12.2012 - 18:01
 Azərbaycan klubları üçün “Yeryomenko kuboku”
Futbol üzrə MDB çempionatının keçirilməsi müzakirə olunduğu vaxtda futzal üzrə analoji turnirin təşkil olunması da gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, Rusiya Mini Futbol Assosiasiyasının prezidenti Emil Əliyev postsovet məkanı təmsilçilərini bir araya gətirib vahid çempionat keçirmək haqda açıqlama verib.

Əslən azərbaycanlı olan qurum başçısı bildirib ki, gələn il Konstantin Yeryomenkonun xatirəsinə həsr olunan Avrasiya turniri keçiriləcək. Əliyev yarışda Azərbaycanın da təmsil olunacağını qeyd edib: “Güclü klubları olan Azərbaycan və Qazaxıstanla danışıqlar aparmışıq. ”Ukrayna və Belarusla da danışıqları planlaşdırırıq. Gələn ilin martında Latviya ilə müzakirələrə başlayacağıq. Əsas məqsəd bu ölkələrin ən güclülərini “Yeryomenko kuboku”na cəlb etmək və futzalı populyarlaşdırmaqdır”.