“Qarabağ”a biri gəlir, biri gedir
12.12.2012 - 18:37
“Düşərgəmizə yeni bir futbolçu gəlib. O bir müddət komandamızda baxışda olacaq”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.
Ancaq Çəlikəl Klaudio Alveş adlı futbolçunun gəlişini böyütməməyimizi istədi. O həmçinin heyətə düşə bilməyən misirli Mostafa Afrotonun da gedəcəyini istisna etmədi: “Bu futbolçu gəncdir. Öz xahişi ilə komandamıza gəlib baxışdan keçmək istəyini bildirdi. Biz də razılıq verdik. Mostafa isə, böyük ehtimalla, komandanı qışda tərk edəcək. Onun müqaviləsi yanvara kimidir. Onunla yeni müqavilə bağlamayacağıq”.
Qeyd edək ki, Klaudio Alveş braziliyalıdır. 19 yaşlı futbolçu ampluaca hücumçudur. Onun son klubu ölkəsində “Santu-Andre” olub.
Səbuhi TOFİQOĞLU

0
0