Daha bir futbolçu AZAL-ı tərk etdi
12.12.2012 - 18:55
Daha bir futbolçu AZAL-ı tərk etdi
AZAL daha bir futbolçu ilə yollarını rəsmən ayırıb. Apasport.az saytının məlumatına görə, bu, yayda “Sumqayıt”dan transfer olunan Yasin Abbasovdur.

Əsas heyətə düşməkdə çətinlik çəkən 24 yaşlı futbolçu özü getmək istədiyini bildirib. Klub rəhbərliyi də onun getməsinə mane olmayıb. Futbolçu hazırda azad agentdir.

Qeyd edək ki, yaxınlarda Aqil Nəbiyev də komandanı tərk etmişdi. Onun “Bakı”ya keçəcəyi gözlənilir.