Derbi matçı kimə tapşırıldı?
12.12.2012 - 20:48
Derbi matçı kimə tapşırıldı?
Türkiyə Superliqasının 16-cı turunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” derbisinin hakiminin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bazar günü “Türk Telekom Arena”da reallaşacaq qarşılaşmanı Türkiyə Futbol Federasiyasının Mərkəz Hakimlər Birliyi Halis Özkahyaya tapşırıb.

Derbidə referinin köməkçiləri Əkrəm Kanla Volkan Narinç olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq 2012-ci ilin son derbisinin 4-cü hakimi isə Tolqa Özkalfadır.

Qeyd edək ki, bu Halis Özkahyanın karyerasında idarə edəcəyi ikinci derbidir.