“Simurq”u bu yarışdan kənarda görürəm“ - MÜSAHİBƏ
13.12.2012 - 00:05
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin apasport.az saytına müsahibəsi
- Son oyunda “Rəvan”ı məğlub edərək çempionluq şansınızı davam etdirdiniz. Hazırda Topaz Premyer Liqasının potensial liderisiniz. Özünüzü necə hiss edirsiniz?
- Son oyunda komanda olaraq çox yaxşı oynadıq. Çoxsaylı qol imkanlarından istifadə edə bilməsək də, yekunda lazım olan qolları vurduq. İlk dövrədəki oyunda onlara məğlub olmuşduq. Bu oyunda revanşı almaq istəyirdik. Bu məqsədlə meydana çıxmışdıq və istəyimizə nail olduq. Məncə, hesab arasındakı fərq böyük olmalı idi.
- Həmin vaxt “Rəvan”a yeniləcəyinizi heç kim gözləmirdi. Deyəsən komandada problem var idi?
- Problem yox idi. Sadəcə, Avropa Liqasında çıxış etdiyimiz oyundan iki gün sonra “Rəvan”la qarşılaşdıq. Həmin vaxtı zədəli olduğumdan oyunu TV-dən izlədim. O vaxt komandamızda yorğunluq aşkar hiss olunurdu. Sanki futbolçuların ayaqları getmirdi. “Rəvan” da elə bir komandadır ki, meydanın hər bir qarışı uğrunda mübarizə aparır. Bir sözlə, yorğunluğumuzdan istifadə edib qələbə qazanmışdı.
- “Neftçi” avrokuboklardakı çıxışını başa vuraraq bütün diqqətini daxili yarışlara yönəldib. Necə düşünürsünüz, avrokubok oyunlarının yorğunluğu çempionat oyunlarında hiss olunurmu?
- Əlbəttə. Avropa Liqasında qitənin güclü komandaları ilə mübarizə apardıq. Qrupumuzda zəif komanda yox idi. Ancaq çıxışımızı başa vurduğumuzdan artıq bütün diqqətimizi ölkə çempionatına yönəltmişik. Ötən mövüm olduğu kimi, bu il də çempion olmaq istəyirik.
- Komandanın cari mövsümdəki çıxışını necə qiymətləndirirsiniz? 13 oyundan 8 qələbə qazanıb, 5 görüşdə məğlub olmusunuz. Buna baxmayaraq, Premyer Liqada potensial lider, çempionluğun əsas favoritisiniz...
- Futboldur hər şey ola bilər. Bəlkə də, çempionatın əsas marağı ondadır ki, “Neftçi” bu qədər oyun uduzub. İtirdiyimiz xallara baxmayaraq, yenə də çempionluğa namizəd əsas komandayıq.
- Çempionluq yolunda hansı komandaları əsas rəqib hesab edirsiniz?
- Düşünürəm ki, “İnter”lə “Xəzər Lənkəran” çempionluq yolunda əsas rəqiblərdir.
- Ancaq “Simurq”u da unutmaq olmaz. Zaqatala klubu heç də hesabdan silinəcək komanda deyil...
- Bilirəm, amma çempionluq yarışı 3 komanda arasında gedəcək. Açığı, “Simurq”u bu yarışdan kənarda görürəm.
- Sabah “Xəzər Lənkəran”la səfərdə çətin oyununuz var. Bu qarşılaşma haqda nə deyə bilərsiniz?
- “Xəzər Lənkəran”la oyuna ciddi hazırlaşırıq. Bu komanda ilə görüşümüz həmişə prinsipiallığı ilə seçilib. Oyunun Lənkəranda olması bizim üçün bir qədər çətin olacaq. Bunun da əsas səbəbi azarkeşlərinin olmasıdır. Ancaq özünüzdə gördünüz ki, avrokuboklarda daha çox azarkeşi olan komandalara qarşı mübarizə apardıq. Düşünürəm ki, bu təcrübə işimizə yarayacaq. Yəni böyük azarkeş kütləsi, 20-25 min tamaşaçı qarşısında oynamışıq. İnanıram ki, lənkəranlı azarkeşlərə baxmayaraq, səfərdən qələbə ilə dönəcəyik.
- Bir müddət zədədən əziyyət çəkdiniz, yaşıl meydanlardan kənarda qaldınız. Artıq zədənizi bərpa edib, əsas heyətdəki yerinizi qaytarmısınız. Zədələnməyiniz sizi çoxmu geri saldı?
- Həddindən artıq çox. 20 dəqiqəlik əməliyyat məni çox geri saldı. Oyunları kənardan izləmək çətin idi mənim üçün. Əsas heyətdəki yerimi qaytarsam da, əvvəlki formamı tam bərpa etməmişəm. Özümə söz vermişəm, qış hazırlıq dövründə əla forma yığıb əvvəlkindən də yaxşı vəziyyətdə olacağam. Onsuzda fiziki cəhətdən elə də güclü deyildim. Zədələnməyi məni bir qədər də geri saldı. Topla davranışımda məncə, bir problemim yoxdur. Əsas fiziki hazırlığımdır ki, bu çatışmazlığı da qış hazırlıq dövründə mütləq aradan qaldıracağam.
- Son oyunlarda bir qədər zəif çıxış etməyinizi zədədən yeni qayıtmağınızla əlaqələndirmək olarmı?
- Əlbəttə. Zədəmi bəhanə edib zəif çıxış etdiyimizi fikirləşmələrini istəmirəm. Bütün komanda yoldaşlarım, məşqçilərimiz, klub rəhbərliyi mənim necə əziyyət çəkdiyimi görüblər. Hazırda yenə də ayağımda şiş var. Buna baxmayaraq, iynə vurdurub, çıxıb oyunumu oynayıram, əziyyət çəkirəm, komandam üçün fədakarlıq edirəm.
- İtaliyada “İnter”lə oyununu bir çox avropalı menecerlər də izləyirdilər. Həmin görüşdə zəif çıxış etdiyinizi etiraf edirsiniz?
- Bəli, həqiqətən zəif çıxış etdim. Rəqibi unutmaq olmaz. “İnter”ə qarşı oynamaq elə də asan deyil.
- Son vaxtlar diqqət mərkəzində olan futbolçulardansınız. Oyununizla demək olar ki, hamının rəğbətini qazanmısınız. Başqa klublardan təkliflər varmı?
- Mövsümün əvvəlində, Çempionlar Liqasına hazırlaşdığımız dövrdə təkliflər var idi. Türkiyə birinci dəstəsindən məni istəyən komandalar vardı. Ancaq bunlar rəsmi təkliflər olmadığından ciddi qəbul etmirdim. Məni istəyən komanda rəsmi təkliflə klubuma müraciət etməlidir. Yoxsa filan komanda səni istəyir, filan menecer oyununu bəyənib və s. bu kimi xəbərlər məni maraqlandırmır. Klubumuzun prezidenti Sadıq Sadıqov gənc futbolçulara həmişə dəstək olur. İnanıram ki, ciddi bir təklif olsa, ölkə xaricində oynamağım üçün hər bir köməkliyi göstərər. Hələlik rəsmi təklif olmayıb.
- Artıq 2012-ci ili başa vurmaq üzrəyik. Cavid İmamverdiyev arxada qalan ili necə dəyərləndirir?
- Baş məşqçimiz Böyükağa Hacıyev həmişə mənə inanıb. Özü də mənimlə söhbətində “zədələnməsəydin Avropa Liqasında 10 qol vurardın” dedi. Zədələnməsəydim hər şey yaxşı olacaqdı. Ancaq heç bir futbolçu zədədən sığortalanmayıb. 2012-ni yaxşı dəyələndirərəm. Əsas heyətdə özümə yer etdim, oynadım, bir neçə oyunda qol vurdum, komandama xeyrim dəydi.
- Oyununla və vurduğun qollarla mətbuatın da diqqətindən yayınmadın. Bir çox KİV sənin oyununu xüsusi qabartdı. Bu, sənin “ulduz xəstəliyi”nə tutulmana səbəb olmadı ki?
- Məni tanıyanlar yaxşı bilirlər ki, məndə belə bir şey yoxdur. Ulduz xəstəliyinə tutulub kimə nə edəcəm? Mən hardan çıxıb, hara gəldiyimi çox yaxşı bilirəm. Keçmişimi unutmuram. Ulduz xəstəliyinə tutulub, məhv olan futbolçular çox görmüşəm. Amma mən onlardan olmayacağam. Sübut edəcəyəm ki, belə şeylər mənə yaddır. Əsl Cavidi qış hazırlığından sonra görəcəksiniz.
- Gələcəklə bağlı planınız nədir?
- Hazırda klubumla 5 illik müqaviləm var. Əgər Avropa klublarından ciddi təkliflər olmasa “Neftçi”də qalacağam.

0
0