Kakaya digər İstanbul klubundan təklif gəldi
12.12.2012 - 22:16
“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin komandasında görmək istədiyi Kaka, İstanbulun digər nəhəng klubunun da maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, “Real”la yaxın əlaqələrinin olması ilə bilinən İspaniyanın “Marka” qəzetinin radiosunda çıxış edən Alfredo Duro, braziliyalı futbolçu üçün Türkiyədən transfer təklifinin gəldiyini bildirib:
“Kakanın transferi üçün bu həftə “Real” rəhbərliyinə müraciət edilib. Lakin bu təklifi braziliyalı yarımmüdafiəçini hələ yaydan heyətinə qatmaq istəyən “Qalatasaray” göndərməyib. Bu Türkiyənin digər klubu “Fənərbaxça”dır. Belə ki, onlar Kakanın transferi üçün “Kral klubu”na 10 milyon avro təklif edib. Madridlilər də buna rədd cavabı verməyiblər”
Lakin İspaniya qəzeti Kakanın Türkiyəyə getməsində böyük əngəl çıxdığını da açıqlayıb. Çünki braziliyalı oyunçunun həyat yoldaşı, Madriddə qalmağlarına üstünlük verir.

0
0