Drezden klubu gələn il Almaniya kuboku oyunlarından məhrum edildi
12.12.2012 - 23:04
Drezden klubu gələn il Almaniya kuboku oyunlarından məhrum edildi
Almaniya Futbol Federasiyası (DFB) ikinci futbol liqasında çıxış edən komandasına ağır cəza verib. Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin İdman məhkəməsi “Dinamo Drezden”ə 2013-2014 mövsümünün Almaniya kubokunda iştirak etməsinə icazə verməyib.

Buna səbəb isə Almaniya kubokunun 2-ci turunda “Hannover 96” ilə qarşılaşmada azarkeşlərin etdikləri xoşa gəlməz hadisə olub.

Bununla yanaşı məhkəmə “Hannover 96”nı da cərimələyib. Lakin onların cəzası, 70 min avro ilə nəticələnib.

Qeyd edək ki, verilən cəza ilə “Hannover 96” razılaşıb. Drezden klubu isə buna etiraz etmək üçün bir həftə vaxt istəyib.