Robinyoya doğma komandasından yeni təklif
13.12.2012 - 00:47
Robinyoya doğma komandasından yeni təklif
Braziliyalı hücumçu Robinyo yenidən vətənində çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, “Santos” sabiq hücumçusu üçün “Milan”a 10 milyon avroluq rəsmi təklif göndərib.

Lakin İtaliya klubu bu xəbəri təkzib edir. Yerli mətbuat isə “Santos”un cəzbedici təklifinə milanlıların razılaşacağını bildirib.

Qeyd edək ki, “Santos”un öz yetirməsi olan Robinyo bu komanda da 2002-ci ildən 2005-ci ilə qədər 111 oyunda meydana çıxıb və rəqib qapılarına 46 qol vurub. Daha sonra “Real” və “Mançester Siti”nin formasını geyinən 28 yaşlı forvard, 2010-cu ildə yenidən “Santos”a geri qayıdıb. 6 aydan sonra “Milan”a transfer edilən 172 sm boya malik olan futbolçu, burada 72 matçda forma geyinib və 21 qola imza atıb.