Konyalılar Ronaldoya mükafat verdi
13.12.2012 - 01:15
“Real”ın hücumçusu Kriştiano Ronaldo Türkiyədə mükafata layiq görülüb. Apasport.az saytının məlumatına görə, Konya Vəkillər Kollegiyası 2012-ci ilin İnsan Haqqları Şərəf Mükafatını portuqaliyalı futbolçuya veriblər.
Çünki bu yaxınlarda Ronaldo, 2008-ci ildə qazandığı “Qızıl buts”unu 1.5 milyon avroya sataraq, Fələstinə yardım etmişdir. Elə buna görə də, Konyalı Vəkillər Kollegiyası onun bu yaxşılığının əvəzini cavabsız qoymayıb.
Qeyd edək ki, sözügüdən nümayəndə heyəti artıq mükafatı poçt vasitəsi ilə Ronaldonun Madriddəki ünvanına göndərib.

0
0