“Fənərbaxça” qazandı, “Beşiktaş” uduzdu
13.12.2012 - 01:43
“Fənərbaxça” qazandı, “Beşiktaş” uduzdu
Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bir görüşdən ibarət bu mərhələnin ikinci matç günündə 3 qarşılaşma baş tutub.

Səfərdə “Gənclrbirliyi”nin qonağı olan “Mersin İdmanyurdu” rəqibini məğlub edərək növbəti mərhələyə adlayıb.

Doğma publika önündə “Beşiktaş”ı qəbul edən “Antalyaspor” İstanbul klubunu 2:1 hesabı ilə üstələyərək Türkiyə Kubokunda yoluna davam edib.

“Fənərbaxça” – “Göztəpə” qarşılaşmasında isə meydan sahibləri aşağı liqa təmsilçisini darmadağın edib. Fasiləyə qədər rəqibin qapısına 1 top vuran “sarı-bülbüllər” ikinci yarıda qonaqları 3 dəfə mərkəzdən başlamağa məcbur edib.

Qeyd edək ki, Türkiyə Kubokuna bu gün keçiriləcək “Kasımpaşa” – “Trabzonspor” oyunu ilə yekun vurulacaq.


Türkiyə Kuboku

1/8 final

11 dekabr

“Altay” – “Bursaspor” – 0:2
A. N´Diaye, 81, P.M. Batalla, 90

“Qaziantepspor” – “Sivasspor” – 0:1
Pedriyel, 101

“Əskişəhərspor” – “Karabükspor” – 5:1
E.Zəngin, 3, 50, B.Əsər, 13, 53, N.Ateş, 45 – F.Cernat, 78

“Qalatasaray” – “1461 Trabzon” – 1:2
E.Çolak, 77 – S.Kaya, 31-pen, E.Kokoc, 70


12 dekabr

“Gənclərbirliyi” – “Mersin İdmanyurdu” 2:3
Likiç, 71, Akcakin, 90 - Bueno, 64, Xuliyo, 75, Keles, 89

“Antalyaspor” – “Beşiktaş” 2:1
Duruer, 20, Şişmanoğlu, 22 – Holosko, 29

“Fənərbaxça” – “Göztəpə” 4:0
Öztürk, 16; 47, Krasiç, 54, Niyaz, 88

13 dekabr

22:00. “Kasımpaşa” – “Trabzonspor”