Böyükağa Hacıyevi “sındırdılar”
14.12.2012 - 16:03
Lənkəranda keçirilən “Böyük oyun”un start fitindən az əvvəl maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” və “Neftçi” prinsipial duel öncəsi isinmə hərəkətlərini başa vurub, soyunub-geyinmə otağına yollanarkən azarkeşlər maraqlı olayı izləyiblər.
Meydandan soyunub-geyinmə otaqlarına gedən zalın önündə meydan sahiblərinin azarkeşlərindən biri “Xəzər Lənkəran” bayrağını yellədib. “Neftçi”nin üzvləri də “ağ-yaşıl” bayrağın altından keçməli idi. Öncə həmin nöqtəyə yaxınlaşan Mahir Şükürov bayrağa tərs-tərs baxsa da, onun altından keçib.
Bakılıların baş məşqçisi Böyükağa Hacıyev isə düz 5 dəqiqə orda dayanıb bayrağın götürülməsini tələb edib. Lakin inadkar məşqçi istəyinə çatmayıb. Sonda “sınan” Hacıyev “Xəzər Lənkəran”ın bayrağının altından keçib.

0
0