“Azəridmanservis”: Onlar “qara siyahı”ya salınacaq
14.12.2012 - 17:07
Azərbaycanda fəaliyyət göstərən “Topaz” diler məntəqələrindən birinin lisenziyası əlindən alınıb. Apasport.az saytının məlumatına görə, bunu “Azəridmanservis” MMC-nin baş direktoru Azər Məhərrəmov açıqlayıb.
O bildirib ki, belə addımın atılmasına həmin məntəqədə 18 yaşına çatmamış şəxsdən mərc qəbulu olması səbəb olub.
Məhərrəmov bu məsələ ciddi önəm verdiklərini qeyd edib: “Bu yaxınlarda Azərbaycanda 17 yaşadək qızlar arasında keçirilmiş futbol üzrə dünya çempionatına o dərəcədə ciddi yanaşdıq ki, ora “Topaz”ın reklamını vermədik. Şirkətin, markanın, brendin qaynar xətti var. Kimsə 18 yaşına çatmamış şəxsin pul qoyuluşu etdiyini görsə və ya nəzərdə tutulmayan hallarla qarşılaşsa, qaynar xətt vasitəsilə məlumat verə bilər. Bu, ciddi yoxlanılacaq və bizə geniş məruzə olunacaq. Məlumat təsdiqlənərsə, həmin diler məntəqəsinin lisenziyası alınacaq və o, “qara siyahı”ya daxil olacaq”.
Məhərrəmovun sözlərinə görə, 18 yaşına çatmamış şəxsin pul qoyuluşu etməsindən gec-tez xəbər tutacaqlar. O, diler məntəqələri rəhbərlərinin də bu məsələdə diqqətli olmalarının vacibliyinin söyləyib. “Azəridmanservis” rəhbəri pul qoyuluşu edəndən sənəd tələb olunmasını isə məqsədəuyğun saymayıb: “Biz vətəndaş cəmiyyətində yaşayırıq. Belə məsələlərdə sənəd tələb etsək, onda gərək mağazaya girəndən də, hər hansı mal alandan da şəxsiyyət vəsiqəsi istənilsin”.

0
0