Böyükağa Hacıyev: Mən bu qədər zəif “Xəzər” görməmişdim
14.12.2012 - 18:43
Böyükağa Hacıyev: Mən bu qədər zəif “Xəzər” görməmişdim
"Bu gün "Neftçi"nin istədiyi hava yox idi. Səhvlərdən qollar buraxdıq və nəticədə məğlub olduq". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıeyv deyib.

"Ağ-qaralar"ın çalışdırıcısı "Xəzər Lənkəran"a məlubiyyəti şərh edərkən daha sonra bunları deyib:

"Bu günkü oyunun "qəhramanı" Saşa Stamenkoviçdi. Mən bu məsələni belə qoymayacaqm. Biz bu komandanı Azərbaycan üçün qurmuşuq. Amma mən meydançaya çıxana mənə olmazın söyüşlər söydülər. Ayıb olsun onlara. Mən bu qədər zəif "Xəzər Lənkəran" görməmişdim. Bu gün bəxtimizə qələbə yazılmamışdı. Ancaq tam məsuliyyəti ilə deyirəm, bu mövsüm biz çempion olacağıq".

Hacıyev ardından əvəzetmələrə də toxunub: "Flavinyo sarı almışdı, hiss etdim ki, ikinci qırmızıya gedir, ona görə də əvəzlədim. Cavid isə təzyiqi azaltdığından əvəzləndi. Ancaq hər iki əvəzətmə faydasız oldu".