FIFA final oyununa Cüneyt Çakırı təyin etdi
14.12.2012 - 20:12
FIFA final oyununa Cüneyt Çakırı təyin etdi
Yaponiyada təşkil edilən klublararası dünya çempionatının final oyununu idarə edəcək baş hakimin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Çelsi” – “Korintias” matçı türkiyəli FİFA referisi Cüneyt Çakıra həvalə olunub.

Həlledici görüşdə Çakırın köməkçiləri isə Bahəddin Duranla Tarık Onqun olacaq.

Qeyd edək ki, Cüneyt Çakır 1/4 finalın “Ulsan Hyunday” – “Monterrey” qarşılaşmasını da idarə etmişdi.