Adrian Pit: Qələbəni azarkeşlərimizə həsr edirəm
14.12.2012 - 21:37
Adrian Pit: Qələbəni azarkeşlərimizə həsr edirəm
“Qələbə qazandığımız üçün şadam”. Bu sözləri apasport.az saytına verdiyi açıqlamasında "Neftçi" ilə qarşılaşmanın 84-cü dəqiqəsində "Xəzər Lənkəran"a qələbə gətirən qolun müəllifi olan Adrian Pit deyib.

Rumıniyalı yarımmüdafiəçi qələbəni azarkeşərinə həsr etdiyini vurğulayıb:

“Bu oyuna yaxşı hazırlaşmışdıq. Qələbəni azarkeşlərimizə həsr edirəm. Düşünmürəm ki, bu mənim “Xəzər Lənkəran”da ən yadda qalan oyunum idi. Ancaq bu qol, burada vurduğum həlledici qollardan biri idi".

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı cənub klubunu 2:1 hesablı qələbəsi ilə başa çatıb.