Xəyalları gerçəkləşir
14.12.2012 - 22:38
Xəyalları gerçəkləşir
Son illər “Barselona”nın uğurlarında əsas pay sahiblərindən olan Xavi komandası ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, hazırda dünyanın ən yaxşı yarımmüdafiəçilərindən sayılan 33 futbolçu klubla 2016-cı ilə qədər anlaşıb.

İspaniya La Liqasının 16-cı turunda “Atletiko” ilə qarşılaşmadan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Xavi, ”Barselona”da karyeramı başa vurmaq xəyallarım gerçəkləşdiyi üçün çox xoşbəxtəm” ifadələrini işlədib.

Qeyd edək ki, Xavi 11 yaşından “Barselona”nın heyətində çıxış edir. O, 1998-ci ildən Katalon klubunun əsas heyətinə çağırılıb. Bu illər ərzində Xavi “Barselona”da 20-dən çox kuboka sahib olub. Bu komandanın heyətində ən çox forma geyinən futbolçu kimi tarixə düşən yarımmüdafiəçi, 2000-ci ildə İspaniya milli komandasına dəvət edilib. Yığmada 119 dəfə meydana çıxan Xavi 12 qola imza atıb. Burada isə 2 dəfə Avropa (2008, 2012) və 1 dəfə dünya çempionluğunu (2010) qazanıb.