Qadın boksçularımız 3 medalla 3-cü oldu
15.12.2012 - 02:31
Qazaxıstanda boks üzrə qadınlar arasında beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamız yarışda 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub.
69 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Yelena Vıstropova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz finalda Qazaxıstan nümayəndəsi Dariqa Şakimovanı 14:11 hesabı ilə məğlub edib.
Leyla Cavadlı isə (75 kq) gümüş medala layiq görülüb. Boksçumuz finalda Baxıtjan Akerkevaya 13:20 hesabı ilə uduzub.
Qeyd edək ki, boksçularımızdan Aynur Rzayeva Qazaxıstan turnirində 3-cü yerə layiq görülüb. Millimiz ümümkomanda hesabında Qazaxıstan və Rusiyadan sonra 3-cü yeri tutub. Rusiya yığması komandamızdan yalnız 1 gümüş medal çox qazanıb.

0
0