Dilaver Zrnanoviç “Simurq”u yalnız qoyacaq
15.12.2012 - 03:34
Sabah Topa Premyer Liqasının XVII turu çərçivəsində “Qəbələ” ilə üz-üzə gələcək “Simurq” meydana itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, bu oyunda Zaqatala klubuna Dilaver Zmanoviç kömək edə bilməyəcək.
Belə ki, bosniyalı müdafiəçi ötən tur “Xəzər Lənkəran”la qarşılaşmanın 72-ci dəqiqəsində, qeyri-idman hərəkətinə yol verdiyi üçün baş hakim Əliyar Ağayev tərəfindən sarı vərəqə alıb. Elə buna görə də cəzalı duruma düşən Dilaver, “Qəbələ” ilə səfər matçını buraxmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, “Qəbələ” - “Simurq” oyunu dekabrın 16-da keçiriləcək. Qarşılaşma isə saat 14:00-da start verəcək.

0
0