“Renn”dən inamlı qələbə
15.12.2012 - 04:59
“Renn”dən inamlı qələbə
Fransa çempionatında 18-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk görüş günündə bir qarşılaşma reallaşıb.

Açılış matçında “Renn” öz meydanında "Valensyen"i qəbul edib. Ev sahibləri hər hissədə vurduğu bir qolla meydandan qalib ayrılıb – 2:0.

Bununla da xalını 29-a çıxaran “Renn” turnir cədvəlində 4-cü yerə yüksəlib. "Valensyen" isə 26 xalla 8-ci pillədə qərarıaşıb.

Fransa çempionatı

18-ci tur

14 dekabr

“Renn” – "Valensyen" – 2:0
Feret, 5, Pritopia, 72.

15 dekabr

“Tuluza” – “Marsel”
“Monpelye” – “Bastiya”
“Nitsa” – “Evyan”
“Reyms” – “Lill”
“Soşo” – “Brest”
“Troyes” – “Ayaçço”

16 dekabr

“Nansi” – “Bordo”
“Sent-Etyen” – “Loryan”
PSJ – “Lion”