Railli “Dənizlispor” növbəti sınaq qarşısında
15.12.2012 - 05:33
Azərbaycan milli komandasının müdafiəçisi Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” bu gün növbəti matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası Türkiyə PTT Birinci Liqasının 16-cı turu çərçivəsində “Ankaragücü” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Ötən tur səfərdə “Şanlıurfaspor”la 1:1 hesablı bərabərə qalan Dənizli klubu, bu dəfə doğma publika önündə 3 xal almağı hədəfləyib.
Bu görüşdə Məlikov yenidən ilk “11-lik”də meydana çıxa bilər. Çünki 15-ci turda baş məşqçi Səlahattin Dərvənt Railə start heyətdə güvənmişdir.
Qeyd edək ki, “Dənizlispor” 18 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. “Ankaragücü” isə 10 xalla sonuncu yerdə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
16-cı tur
15 dekabr
20:00.“Dənizlispor” - “Ankaragücü”

0
0