Özkara üçün yeni şans
15.12.2012 - 06:19
Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Ərciyəsspor” bu gün Türkiyə PTT Birinci Liqasının 16-cü turu çərçivəsində növbəti 3 xalını qazana bilər. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası doğma publika önündə “Manisaspor”la üz-üzə gələcək.
Ötən tur “Karşıyaka” ilə qarşılaşmada meydana çıxa bilməyən Özkaranın, bu dəfə forma geyinib-geyinməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, “Ərciyəsspor” 30 xalla turnir cədvəlinin vahid lideridir. “Manisaspor” isə 25 xalla 4-cü pillədə qərarlaşıb.
Türkiyə PTT birinci liqası
16-cı tur
15 dekabr
22:00. “Ərciyəsspor” – “Manisaspor”

0
0