Mustafa Dənizli Rizədə
15.12.2012 - 06:53
Mustafa Dənizli Rizədə
2000-ci ildə Türkiyə milli komandasını Avropa çempionatının 1/8 final mərhələsinə çıxaran Mustafa Dənizli özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bundan sonra Türkiyə PTT Birinci Liqasında çıxış edən “Çaykur Rizəspor”u çalışdıracaq.

Engin Korukırın istefasından sonra komandanın sükanı arxasına gətirilən Dənizli ilə Rizə təmsilçi, 1.5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Mustafa Dənizli “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” kimi İstanbul nəhənglərini çalışdırıb. Onun son iş yeri isə İran “Persopolis”i olub.