“Bu oyunda yenə əlimdən gələni edəcəyəm”
15.12.2012 - 07:51
“Bu oyunda yenə əlimdən gələni edəcəyəm”
“Ötən mövsüm “Qalatasaray”la oynadığımız qarşılaşma, mənim ilk derbi matçım idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə mətbuatına müsahibə verən “Fənərbaxça”nın hücumçusu Mussa Sou deyib.

Seneqallı futbolçu bazar günü “Türk Telekom Arena”da “Qalatasaray”la oyun öncəsi öz fikirlərini bildirib:

“Birinci derbidə matça çox gözəl bir qolla başladıq. Lakin sonda oyun bərabərliklə başa çatdı. Görüşdə vurduğum topa isə söz yox idi. Bu qol sonradan dünyanın ən gözəl qolları arasında yer aldı. Amma “Qalatasaray”ın qapısından keçirdiyim üçün bunun ayrıca önəmi vardır. Mən bu anı, heç vaxt unutmamışam. Yenə bu oyunda əlimdən gələni edəcəyəm”.

Sou həmçinin Aleksin komandadan ayrılmasına və bundan sonra “sarı-bülbüllər”in heyətində olan dəyişikliklərə də toxunub:

“Aleks “Fənərbaxça”ya çox şey vermiş bir futbolçudur. Hər kəs onu burada çox sevir. Lakin o, artıq başqa bir komandanın şərəfini qoruyur. İndi “Fənərbaxça”da bizlərik. Onu da bilin ki, bizlər də bu klubu yuxarı pillələrə daşıyacağıq. Mövsümün sonunda da, hər kəs bunun şahid olacaq”.