“Xəzər Lənkəran”da 6 mövqedə oynamışam”
15.12.2012 - 11:50
“Xəzər Lənkəran”ın braziliyalı müdafiəçisi Vandersonun apasport.az saytına müsahibəsi
- İlk oyunda bu komandaya məğlub olmuşduz. Bu qarşılaşmada isə eyni hesabla rəqibə qalib gəlib qisas aldız...
- Elədir. Amma çox çətin və gərgin oyun keçdi. Biz bu gün rəqib komandadan daha yaxşı təsir bağışladıq. Belə gərgin oyunlarda minimal hesablar həmişə qeydə alınır. Üstəlik, yağmur yağması da stadionda futbol oynamağı çətinləşdirmişdi. Ancaq qələbə qələbədir. Əsas odur ki, necəliyindən asılı olmayaraq, biz vacib 3 xalı qazandıq. Qələbəyə görə bütün oyunçularımızı, komandanın texniki heyətini, direktorunu, klub rəhbərliyini və ən əsası bu yağışda bura gələn fanatlarımızı təbrik edirəm. Hər qələbə bizim özümüzə inamını artırır.
- Bu oyunun Azərbaycan futbolunda “Böyük oyun” adlanmasından xəbəriniz vardı?
- Yox. Açığı, xəbərim yox idi. Ancaq indi siz dediniz, bildim. Bundan sonra bu komandaların qarşılaşmalarına mən də “Böyük oyun” deyərəm.
- Lənkəranda ilk dəfə “böyük oyun”a çıxdız. Digər oyunlarda olmayan fərqi burda hiss etdizmi?
- Əslində, Bakıdakı oyunda bu komandalar arasındakı rəqabəti hiss etmişdim. Onda son dəqiqələrdə meydana daxil olmuşdum. Amma bu dəfə 90 dəqiqə oynadım. İlk dəfə Lənkəranda belə gözəl qarşılaşmada çıxış etdiyim və qələbə qazandığımız üçün sevinirəm. Dediyim kimi, bu qarşılaşmanın necə adlandırılmasını bilməsəm də, hər iki komandanın burda əzəli rəqib olduğunu öyrənmişdim. Belə bir rəqəbətdən başıuca çıxmaq adama zövq verir. Futbolçularımız qələbə üçün əllərindən gələni etdi. Bu qələbə bizim üçün çox vacib idi.
- Hansı mövqedə oynamaq sizin üçün daha rahatdır? Sol cinah müdafiəçisi kimi, yoxsa mərkəz müdafiəçisi kimi?
- Mən demək olar ki, bütün mövqelərdə oynamışam. Müdafiənin solunda, yarımmüdafiənin solunda, hücum xəttinin arxasında çıxış etmişəm. Bu üzdən mənim üçün bunun fərqi yoxdur. Baş məşqçi harda oynamağımı istəsə, orda da əlimdən gələni etməyə çalışacam.
- “Xəzər Lənkəran”da ancaq sol cinahda çıxış etmisiz?
- Yox, “Xəzər Lənkəran”da 6 mövqedə oynamışam (gülür). Müdafiənin sağında və müdafiəçilərin önündə də çıxış etmişəm.
- “Simurq”la oyunda, səhv etmirəmsə, müdafiənin mərkəzində yer almışdız...
- Bəli, elədir.
- Bəs sənin əsl mövqeyin, özünü ən çox rahat hiss etdiyin yer hansıdır?
- Mənim əsl yerim “Neftçi” ilə oyunda çıxış etdiyim müdafiənin sol cinahı idi. Ancaq məşqçi harda istəsə, orda da oynamağa hazıram.
Səbuhi TOFİQOĞLU

0
0