Nizami Hacıyev “Poqon”la 8 oyun keçirəcək
15.12.2012 - 15:50
Nizami Hacıyevin transfer olunacağı gözlənilən “Poqon”un qış fasiləsi dönəmində hazırlıq planları məlum olub. Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisi də bizim əksər klublarımız kimi Türkiyədə təlim-məşq toplanışı keçirəcək.
Dekabrın 11-dən 30-nadək istirahətdə olan Şçetsin klubu ilk öncə Polşada hazırlıq keçəcək. Komanda vətəndə olduğu müddətdə 4 yoxlama oyunu keçirəcək. Daha sonra “Poqon” toplanışın ikinci mərhələsini Türkiyədə hazırlaşacaq. 12 günlük hazırlıq müddətində 3 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. Bundan sonra komanda Polşaya qayıdıb daha bir rəqiblə gücünü sınayacaq. Beləliklə, “Poqon” 8 oyunda qüvvəsini sınamış olacaq.
“Poqon”un hazırlıq planı:
31 dekabr – futbolçularla ilk fərdi məşq
7 yanvar – qrup halında ilk məşq
10 yanvar – ilk sparrinq
14-23 yanvar – Poqojelitsada hazırlıq (yoxlama oyunları: 16, 19, 22 yanvar)
28 yanvar – 8 fevral – Antalyada hazırlıq (yoxlama oyunları: 30 yanvar, 2, 6 fevral)
16 fevral – çempionat oyunu öncəsi sonuncu yoxlama görüşü

0
0