Qurban Qurbanov heç-heçəyə sevinir
15.12.2012 - 16:50
“Oyuna ciddi hazırlaşmışdıq. Hər iki komanda qapalı futbol göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Bu gün keçirilən “Bakı” – “Qarabağ” oyunundan sonra jurnalistlər önünə çıxan Qurbanov heç-heçəni pis nəticə saymadığını dilə gətirib: “Bakı” çox sürətli oyun göstərir. Bunu “Neftçi” və “Qəbələ” ilə oyunlarda da gördük. Meydanı qol vurmadan tərk etmirdilər. Biz 3 xal qazanmaq istəyirdik. Amma heç-heçəni də pis nəticə saymıram”.
Qeyd edək ki, bu qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib. “Qarabağ” son dəqiqələri azlıqda keçirib.

0
0