“Bu cür meydanlarda futbol oynamaq olmaz”
15.12.2012 - 17:18
“Meydança bərbad vəziyyətdə olduğu üçün oyunumuz yaxşı alınmadı. Ümumilikdə komanda pis oynamadı. Qol imkanlarımız olsa da hamısından yararlana bilmədik. Bundan əlavə, rəqib komandanın qapıçısı da bir sıra epizodlarda komandasını xilas etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı çalışdırıcı bu gün “Kəpəz”lə keçirilən görüşdən sonra keçirən mətbuat konfransında Gəncə şəhər stadionunun meydançasından narazılığını ifadə edib: “Azərbaycan çempionatının oyunları belə meydançalarda oynanmamalıdır. Artıq ölkədə futbol da inkişaf edir.
“Neftçi” Avroliqanın qrup mərhələsində çıxış etdi. Lakin bu cür meydanlarda futbol oynamaq olmaz”.
Qeyd edək ki, “Kəpəz” – “İnter” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

0
0