Mahmud Qurbanov, nəhayət ki, qapıçısından razı qaldı
15.12.2012 - 17:26
Mahmud Qurbanov, nəhayət ki, qapıçısından razı qaldı
“Meydançanın ot örtüyü istənilən səviyyədə deyildi”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

“İnter”ə 0:2 hesabı ilə yenildikləri oyunda Qurbanov yenə yetirmələrinin səhvindən danışıb. Ancaq həmişə qapıçılarından narazılıq edən yığmamızın sabiq pleymeykeri bu dəfə qolkiperini tərifləyib: “Müdafiəçilərin səhvindən qapımıza iki qol vuruldu. Bir neçə qol imkanından yararlana bilmədik. Qapıçımızın oyununu qeyd etmək istərdim, bir neçə dəfə komandanı qoldan xilas etdi”.

Qeyd edək ki, bu oyunda “Kəpəz”in qapısını xorvatiyalı İvan Radoş qoruyub.