“Turan” ehtiyat oyunçularla AZAL qarşısına çıxıb
15.12.2012 - 17:40
“Turan” ehtiyat oyunçularla AZAL qarşısına çıxıb
“AZAL Premyer Liqanın güclü komandalarından biridir. Bugünkü oyun çox gərgin alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.

Bu gün Şüvəlanda keçirilən görüşdə AZAL ilə heç-heçəyə razılaşan “Turan”ın çalışdırıcısı zədə və cəza üzündən ehtiyat oyunçuları da meydana buraxdığını bildirib: “Altılıq” uğrunda bütün komandalar gərgin mübarizə aparır. Xal itirsəydik, bizim üçün yaxşı olmazdı. Zədəli və cəzalı futbolçularımız çox idi. Məcburiyyətdən ehtiyat oyunçuları əsas heyətdə oynatdım”.

Qeyd edək ki, AZAL – “Turan” oyununda hesab açılmayıb.