Rail oynadı, komandası qələbə qazandı
15.12.2012 - 21:20
Azərbaycan milli komandasının müdafiəçisi Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” bu gün Türkiyə PTT Birinci Liqasının 16-cı turu çərçivəsində növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası doğma meydanda “Ankaragücü”nü qəbul edib.
Görüş “Dənizlispor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ötən turda olduğu kimi baş məşqçi Səlahattin Dərvənt, Məlikovu yenə meydana start heyətdə buraxıb. Matçda Rail 90 dəqiqə mübarizə aparıb.
Bununla da “Dənizlispor” 16 oyundan sonra xalını 21-ə çıxararaq turnir cədvəlində 9-cu pilləyə yüksəlib. Lakin digər komandalar sonuncu görüşlərini hələ başa vurmayıb.
Türkiyə PTT Birinci Liqası
16-cı tur
15 dekabr
“Dənizlispor” – “Ankaragücü” - 2:1
Acar, 40, Ərdəm, 77 - Özgöz, 45

0
0