“Simurq” “Qəbələ” ilə oyuna hazırdı
15.12.2012 - 22:37
Sabah Topaz Premyer Liqasının XVII turunda "Qəbələ" ilə qarşılaşacaq “Simurq” artıq hazırlıqlarını tamamlayıb. Apasport.az saytının məlumatına görə, Zaqatala klubu oyun öncəsi son məşqini qarlı hava şəraiti ilə əlaqədar olaraq, ev sahiblərinin üstü örtülü meydançasında keçirib.
Qeyd edək ki, “Qəbələ” – “Simurq” matçı dekabrın 16-da baş tutacaq. Oyun isə saat 14:00-da start verəcək.
Qeyd edək ki, “Qəbələ” – “Simurq” matçı dekabrın 16-da baş tutacaq. Oyun isə saat 14:00-da start verəcək.
0
0