Türkiyə klubu başsız qaldı
15.12.2012 - 23:04
Türkiyə klubu başsız qaldı
Türkiyə Superliqasında məşqçi istefası baş tutub. Apasport.az saytının məlumatına görə, “Mersin İdmanyurdu”nun çalışdırıcısı Nurullah Sağlam komanda ilə yollarını ayırıb.

Bu barədə Türkiyə mətbuatına klubun prezidenti Əli Qəhrəmanlı bildirib. O, “Akisar BS” matçından sonra Sağlamla görüşüb və hər iki tərəfin razılığı əsasında bu qərar gəldiklərini ifadə edib:

“Sağlamın komandamıza elədiklərini heç vaxt inkar edə bilmərik. O, “Mersin İdmanyurdu”nun uğur qazanmasında çox işlər görüb. Mən Nurullahla görüşüb klubumuzun geridə qalan oyunlarını müzakirə etdik. Biz hər iki tərəfin razılığı əsasında qərar verdik. Çünki başqa yolu yox idi”

Qeyd edək ki, “Mersin İdmanyurdu” - “Akisar BS” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.