İstanbul derbisini “Qalatasaray” qazandı
17.12.2012 - 00:03
İstanbul derbisini “Qalatasaray” qazandı
Türkiyə Superliqasında 16-cı turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşması İstanbulda - əzəli rəqiblər “Qalatasaray” və “Fənərbaxça” arasında baş tutub.

“Türk Telekom Arena”da keçirilən oyunda 2:1 hesablı qələbə qazanan “Cim Bom” zirvədə məskunlaşıb.

Ötən gün isə “Beşiktaş” Ankarada “Gənclərbirliyi”nin qonağı olub. Matça surətli başlayan hər iki tərəf, ilk hissədə hərəyə bir dəfə fərqlənməyi bacarıb. Lakin ikinci yarıda azarkeşlər bundan başqa qol görməyib. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

“Elazığspor” – “Qaziantepspor” matçında isə tablodakı rəqəmlər dəyişməyib – 0:0.

Türkiyə Superliqası

16-cı tur

14 dekabr

“Əskişəhərspor” – “Bursaspor” – 2:2
Ateş, 49, Zengin, 55 – Beluşi, 22, Kiraz, 46

15 dekabr

“Mersin İdmanyurdu” – “Akhisar BS” 2:1
Barış, 11, Nobre, 45 - Özer, 35

“Elazığspor” – “Qaziantepspor” 0:0

“Gənclərbirliyi” – “Beşiktaş” 1:1
Kulusiç, 19 - Şahan, 36

16 dekabr

“İstanbul BB” – “Trabzonspor” - 2:1
“Karabükspor” – “Sivasspor” - 1:0
“Orduspor” – “Antalyaspor” - 1:1
“Qalatasaray” – “Fənərbaxça” - 2:1

17 dekabr

“Kayserispor” – “Kasımpaşa”