“İnter” paytaxtdan xalsız döndü
16.12.2012 - 03:32
İtaliya A Seriyasında 17-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma reallaşıb.
Doğma publika önündə "Palermo"nu qəbul edən "Udineze" rəqibinin müqavimətini qıra bilməyib. Matçın hər hissəsində hərəyə bir qol vuran tərəflər xalları yarı bölüb - 1:1.
Turun mərkəzi qarşılaşması paytaxtda baş tutub. Burada "Latsio" öz meydanında "İnter"i sınağa çəkib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda sevinən tərəf Roma klubu olub.
Beləliklə, Klozenin matçın 82-ci dəqiqəsində vurduğu qol sayəsində "Latsio", xalını 33-ə yüksəldib.
Qeyd edək ki, İtaliya A Seriyasının 17-ci turunun qalan görüşləri bu axşam keçiriləcək.
İtaliya A Seriyasında
15 dekabr
17-ci tur
"Udineze" - "Palermo" - 1:1
Di Natale, 89 - İliçiç, 33
"Latsio" - "İnter" - 1:0
Kloze, 82
16 dekabr
"Fiorentina" - "Siena"
"Genua" - "Torino"
"Yuventus" - "Atalanta"
"Parma" - "Kalyari"
"Milan" - "Peskara"
"Kievo" - "Roma"
"Kataniya" - "Sampdoriya"
"Napoli" - "Boloniya"

0
0