"Sevilya" evində "Malaqa" ilə bacarmadı
16.12.2012 - 03:53
"Sevilya" evində "Malaqa" ilə bacarmadı
İspaniya La Liqasında 16-cı turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Səfərdə "Malyorka"nın qonağı olan "Atletik", Adurizin vurduğu qol sayəsində meydan sahiblərini üstələməyi bacarıb - 1:0.

Doğma publika önündə "Malaqa"nı qəbul edən "Sevilya" yerli azarkeşlərini məyus edib.

Qeyd edək ki, İspaniya La Liqasının 16-cı turunun qalan görüşləri bu axşam və sabah keçiriləcək.


İspaniya La Liqasında

15 dekabr

16 tur

"Qetafe" - "Osasuna" - 1:1
Kastro, 90-pen - Sola, 85

"Malyorka" - "Atletik" - 0:1
Aduriz, 11

"Qranada" - "Real" (Sosyedad) - 0:0

"Sevilya" - "Malaqa" - 0:2
Demişelis, 49, Eliseu, 70-pen

16 dekabr

"Saraqoza" - "Levante"

"Valensiya" - "Rayo Valyekano"

"Real" - "Espanyol"

"Barselona" - "Atletiko"

17 dekabr

"Deportivo" - "Valyadolid"

"Selta" - "Betis"