Messi 31 yaşına qədər “Barselona”da
16.12.2012 - 07:37
Argentinalı futbolçu Lionel Messi “Barselona” ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən verdiyi məlumatına görə, Messi 31 yaşına qədər (2018) Kataloniya klubunun şərəfini qoruyacaq.
Həmçinin İspaniya qəzeti onunda iddia edir ki, klubun prezidenti Sandro Rosell, Mesinin atası ilə görüşərək müqavilənin şərtlərini birlikdə müzakirə edib.
Qeyd edək ki, 2004-cü ildən “Barselona”nın əsas heyətində çıxış edən Lionel Messi, bu il rəqib qapılarından 86 qol keçirərək Herd Müllerin rekordunu qırıb. O, burada 3 il dalbadal (2008-2009, 2009-2010, 2010-2011) “Qızıl top” mükafatına sahib olub.

0
0