Millimizə qol vuran futbolçu yığma karyerasını bitirdi
17.12.2012 - 09:29
“Zenit”in futbolçusu Konstantin Zıryanov Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasında çıxışını bitirib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi milli karyerasını başa vurduğunu açıqlayıb.
O, bununla əlaqədar Rusiya yığmasının italiyalı baş məşqçisi Fabio Kapello ilə söhbətləşdiyini deyib: “Bu, aramızda qalacaq. Qərar qəbul olunub. O, məni daha Rusiya millisinə çağırmayacaq. Onu deməliyəm ki, mənə bütün məşqçilərlə işləmək asan idi. Mən hamısına minnətdaram”.
Qeyd edək ki, Zıryanov 2009-cu ilin martında millimizə Moskvada 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda 2-ci qolu vurub.

0
0