“Neftçi” Avroliqanın qrup mərhələsinə pul hesabına çıxıb”
17.12.2012 - 10:25
“Neftçi” Avroliqanın qrup mərhələsinə pul hesabına çıxıb”
MDB ölkələrinin klublarının vahid çempionatda mübarizə aparması ideyası ətrafında müzakirələr davam edir. Apasport.az saytının məlumatına görə, bu ideya ilə bağlı daha bir tanınmış veteran futbolçu - Belarus millisinin sabiq qapıçısı Gennadi Tumiloviç də bağlı fikirlərini açıqlayıb.

Hazırda Rusiyanın “Piter” klubunda məşqçi kimi çalışan Tumiloviç MDB çempionatının baş tutacağına inanmır. O, bunu səviyyəli komandaların azlığı ilə izah edir.

Tumiloviç Azərbaycanın ən titullu klubu “Neftçi”nin də belə yarışda oynamağa layiq olmadığını bildirib: “MDB çempionatı olmayacaq. Rusiyadan 5-6, Ukraynadan 4 komanda, üstəgəl, BATE onlara qoşuldu. Moldova “Şerif”inin bu yarışa qatılmaq gücdə olması da böyük sual altındadır. Gürcüstanda səviyyə orta, Ermənistanda isə aşağıdır. Azərbaycandan “Neftçi” isə Avropa Liqasının qrup mərhələsinə pul hesabına çıxsa da, orda heç nəyə nail olmadı. Üstəlik, MDB çempionatından avrokuboklara vəsiqələrin necə bölüşdürülməsi də sual yaradır”.