Nizami Hacıyev: Biz “Poqon”la müqaviləni hərtərəfli razılaşmışıq
17.12.2012 - 13:01
Nizami Hacıyev: Biz “Poqon”la müqaviləni hərtərəfli razılaşmışıq
“Poqon”la müqavilənin şərtlərini razılaşdırmamağım haqda deyilənlər yalandır. Biz müqaviləni hərtərəfli şəkildə razılaşdırmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Nizami Hacıyev deyib.

Bir müddət əvvəl Polşanın “Poqon” klubunda baxışda olan yarımmüdafiəçi yenidən bu ölkəyə yollanacağını bildirib: “İndi yalnız “İnter”lə “Poqon”un transferimi razılaşdırmağımı qalıb. Bunda da problemin yaşanacağına inanmıram. Məsələyə gələn il yanvarın 10-dək aydınlıq gəlməlidir. Bundan sonra da yenidən “Poqon”un düşərgəsinə yollanacağam”.