“Neftçi” aprelin 1-də qalıb
17.12.2012 - 13:17
Cari mövsüm Topaz Premyer Liqasında heç-heçə etməyən “Neftçi” bu seriyasını 20-yə çatdırıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə ötən mövsümün 26-cı turunda heç-heçə edən bakılılar “Qarabağ”la qolsuz bərabərlikdən sonra 11 qələbə qazanıb və 9 dəfə məğlub olub. “Neftçi”nin çempionatdakı son “sülh”ü aprelin 1-də qeydə alınıb.
Qeyd edək ki, “Neftçi” 1992-ci ildə baş tutan ilk mövsümdə startdakı 26 oyunda heç-heçə etməmişdi. Həmin matçlarda bakılılar 24 qələbə qazanıb və cəmi 2 dəfə uduzmuşdu.
Qeyd edək ki, “Neftçi” 1992-ci ildə baş tutan ilk mövsümdə startdakı 26 oyunda heç-heçə etməmişdi. Həmin matçlarda bakılılar 24 qələbə qazanıb və cəmi 2 dəfə uduzmuşdu.
0
0