Aytac Şərifova: Müəllimlərimə təşəkkür edirəm
17.12.2012 - 15:47
“Qalib gəldiyim üçün çox sevinirəm. Belə bir mərasim təşkil etdiklərinə görə, AFFA rəhbərliyinə təşəkkür edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında 17 yaşadək qızlardan ibarət yığma komandamızın futbolçusu Aytac Şərifova deyib.
İlin futbolçularının mükafatlandırılması tədbirində ən yaxşı qız futbolçu seçilən Aytac qalib gəldiyi üçün komanda yoldaşlarına təşəkkürünü bildirib: “Bütün komanda üzvləri sağ olsun. Dünya çempionatının bütün oyunlarında meydana çıxmışdım. Ən yaxşı seçiləcəyimi gözləmirdim. 106 nömrəli orta məktəbdə mənə dərs deyən müəllimlərimə təşəkkür edirəm. Onların da bu uğurda rolu var”.
Səbuhi TOFİQOĞLU

0
0