“Onlarsız bu mükafatı ala bilməzdim”
17.12.2012 - 16:08
“Komanda yoldaşlarıma “çox sağ olun” deyirəm. Çünki onlarsız bu mükafatı ala bilməzdim. Ardıcıl 3-cü dəfə bu mükafatı qazanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal millimizin üzvü Vitali Borisov deyib.
“Hilton Baku” otelində keçirilən bugünkü mərasimdə “ilin futzalçısı” nominasiyasının qalibi Borisov oldu. O, qalib gəldiyi üçün çox sevindiyini bildirib: “Məni seçənlərə çox təşəkkür edirəm. AFFA rəhbərliyinə də minnətdarlığımı bildirirəm ki, belə bir tədbir təşkil edir, bizləri mükafatlandırmaqla sevindirir. İnşallah, biz də qələbələrimizlə onları sevindirərik”.
Qeyd edək ki, Vitali 2010 və 2011-ci illərdə də analoji mükafata sahib çıxıb.
Səbuhi TOFİQOĞLU

0
0