250 “Xəzər Lənkəran”a düşərli oldu
17.12.2012 - 16:11
Topaz Premyer Liqasının XVII turu “Xəzər Lənkəran” üçün əlamətdar hadisə ilə tarixə düşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Neftçi”ni qəbul edən komanda Azərbaycan çempionatında yubiley – 250-ci matçını keçirib.
2004/05 mövsümündə ölkə çempionatında debüt edən “Xəzər Lənkəran” tarixinin ilk rəsmi matçını 2004-cü il avqustun 7-də “Turan”a qarşı keçirib. “Neftçi” ilə “Böyük oyun”a kimi 249 matça çıxan Lənkəran təmsilçisi azarkeşləri önündə qeyd etdiyi yubileyində qələbə qazanıb – 2:1.
Tarixi baxımdan 6-cı əlamətdar qarşılaşmaya çıxan “Xəzər Lənkəran” bu matçlarda “səfərdə heç-heçə, evdə qələbə” prinsipinə davam etdirdi. 100-cü və 200-cü oyunlarını evdə qələbə ilə qeyd edən komanda 250-ci matçda da 3 xala sevinib.
Qeyd edək ki, 250 oyunda 133 qələbə qazanan “Xəzər Lənkəran” 72 heç-heçə edib və 45 dəfə uduzub. Bu matçlardakı top fərqi 382-172-dir ki, 2004/05 mövsümünün “Şəfa” ilə oyunundakı texniki qələbə (3:0) top fərqinə salınmayıb. Komanda 250 qarşılaşmadan 124-nü evdə, 125-ni səfərdə, 1-ni isə neytral meydanda keçirib. “Ağ-yaşıllar” 8 il ərzində 26 rəqiblə üz-üzə gəlib.

1 | 2004/05 | 07.08.2004 | Turan (Tovuz) | s | 1:1 |
50 | 2005/06 | 17.02.2006 | Bakı (Bakı) | s | 1:1 |
100 | 2007/08 | 23.02.2008 | Masallı (Masallı) | e | 4:1 |
150 | 2009/10 | 06.12.2009 | İnter (Bakı) | s | 1:1 |
200 | 2010/11 | 13.05.2011 | Bakı (Bakı) | e | 2:0 |
250 | 2012/13 | 14.12.2012 | Neftçi (Bakı) | e | 2:1 |

0
0