“Rubin” cəzalandırıldı
23.12.2012 - 00:44
“Rubin” cəzalandırıldı
Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi olan “Rubin” Rusiya Futbol İttifaqı tərəfindən cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb hazırda Çexiya “Viktoriya”sında çıxış edən sabiq hücumçusu Roman Adamova borclu olmasıdır.

Rusiya Futbol İttifaqı Kazan təmsilçisini həm 100 min rubl cərimələyib, həm də qış transfer dövründə yeni futbolçu qeydiyyatdan keçirməsinə icazə verməyib. Cəza 2013-cü il yanvarın 27-dən fevralın 27-dək müddəti əhatə edir.

Qeyd edək ki, “Rubin” 30 gün ərzində Roman Adamova borcunu ödəməlidir.