“Roma” qazandı, “İnter” xal itirdi
23.12.2012 - 02:36
“Roma” qazandı, “İnter” xal itirdi
İtaliya A seriyasında 18-ci turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə səkkiz qarşılaşma baş tutub.

“Cenoa”nı qəbul edən “İnter” rəqibinin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən tərəflər meydandan bərabərliklə ayrılıb.

Səfərdə “Syena”nın qonağı olan “Napoli” isə inamlı qələbə qazanıb - 0:2

Turun mərkəzi qarşılaşması isə paytaxtda baş tutub. Burada “Roma” “Milan”la qarşılaşıb. Bu görüşdə azarkeşlər 6 qola şahidlik edib. Bunlardan dördünü meydan sahibləri, ikisini isə qonalar vurub.

Beləliklə, rəqibini 4:2 hesabı ilə məğlub edən “Roma” xalını 32-yə çatdıraraq turnir cədvəlin 6-cı pilləsinə yüksəlib.


İtaliya A Seriyası

18-ci tur

21 dekabr

“Peskara” – “Katanya” – 2:1
M.Çelik, 23, Toqni, 90 – Barrientos, 36

“Kalyari” – “Yuventus” – 1:3
Pinilya, 16-pen – Matri, 75; 90, Vuçiniç, 90+4

22 dekabr

“İnter” – “Cenoa” 1:1
Kambiyasso, 85 – İmmobil, 77

“Atalanta” – “Udineze” 1:1
Denis, 40 – Muriyel, 33

“Bolonya” – “Parma” 1:2
Sorensen, 54 – Valdes, 56, Sansone, 66

“Palermo” – “Fiorentina” 0:3
Jovetiç, 50; 83-pen, Rodriqez, 89-pen

“Sampdoriya” – “Latsio” 0:1
Hernanes, 31

“Syena” – “Napoli” 0:2
Maccio, 86, Kavani, 90-pen

“Torino” – “Kyevo” 0:2
Sardo, 12-avtoqol – Qazzi, 26

“Roma” – “Milan” 4:2
Burdisso, 13, Osvaldo, 23, Lamela, 30; 61 – Pazzini, 87-pen, Krikiç, 88