Vilyanova evə buraxıldı
23.12.2012 - 02:53
“Barselona”nın baş məşqçisi Tito Vilyanova azarkeşlərini sevindirib. Apasport.az saytının məlumatına görə, 43 yaşlı çalışdırıcı artıq xəstəxanadan evə buraxılıb. Əvvəlcə onun bazar ertəsi xəstəxanadan buraxılacağı deyilsə də, daha sonra həkimlər Titonun evə getməsinə icazə verib.
Qeyd edək ki, Tito Vilyanova xərçəng xəstəliyinə tutulduğu üçün ötən gün əməliyyat olunub. Onun qulaq nahiyəsindəki şiş kəsilib götürülüb.
Qeyd edək ki, Tito Vilyanova xərçəng xəstəliyinə tutulduğu üçün ötən gün əməliyyat olunub. Onun qulaq nahiyəsindəki şiş kəsilib götürülüb.
0
0